Məlum olub ki, ABŞ-nin hazırkı prezidenti Donald Tramp vaxtilə şahzadə Dianaya onunla evlənməyi təklif edib.

OLAY yazır ki, bu barədə mərhum Ledi Dinin qardaşı Çarlz Spenser öz xatirələr kitabında yazıb.

Bir dəfə şahzadə Diana qardaşından soruşub: “Səncə, mən Amerikanın birinci xanımı roluna uyğun gələrdim?” Spenser isə ona: “Aman Allah, belə fikirlər haradan yaranıb?” deyə cavab verib. Diana izah edib ki, nüfuzlu yaşlı amerikalı pərəstişkarlarından biri ona deyib ki, Diana onunla evlənsə, prezident seçkilərində mütləq qalib gələcək.

Şahzadənin qardaşının sözlərinə görə, Diananı yaşlı həyat yoldaşı ilə evlənmək perspektivindən daha çox Ağ Evdə yaşamaq düşüncəsi həyəcanlandırıb.

Diananın ölümündən üç ay sonra Tramp “Geri qayıtmaq sənəti” adlı kitabını nəşr etdirib və burada onunla tanışlığından bəhs edib. “Onun insanları özünə necə cəlb etdiyini görməmək mümkün deyildi. O, ətrafındakı hər şeyi işıqlandırırdı. Onun cazibəsi, varlığı... O, əsl şahzadə — xəyallar qadını idi” hazırda 80 yaşı olan siyasətçi yazıb.

Tramp vaxtilə Dianaya evlilik təklif edib Tramp vaxtilə Dianaya evlilik təklif edib