ABŞ-nin Kvins bölgəsindən olan rəssam Castin Cinyak Teylor Svift və Trevis Kelsinin toyu günü “Madison Square Garden” arenasının ətrafından topladığı zibilləri sənət obyektinə çevirib.
OLAY yazır ki, içərisində həmin tullantılar olan və “Pocket Garbage” adlanan plastik kublar 25 dollara satışa çıxarılıb və bir gün ərzində tükənib. Adi zibillərlə doldurulmuş daha böyük kublar isə 100 dollara satılıb. Nəticədə rəssam ümumilikdə 32 min dollar gəlir əldə edib.