“Versace”nin keçmiş kreativ direktoru Dario Vitale, bu vəzifədə Donatella Versaceni əvəz etdikdən və moda evində cəmi bir mövsüm çalışıb ayrıldıqdan sonra, “Emporio Armani” və “Giorgio Armani Accessories” aksesuar xəttinə rəhbərlik edəcək.

OLAY yazır ki, bu barədə brendin nümayəndələri məlumat veriblər.

43 yaşlı Vitale “”Emporio Armani” və “Giorgio Armani”də bu ikili rolu üzərimə götürmək mənim üçün böyük şərəfdir. Armani zəngin irsə və özünəməxsus dizayn dilinə malikdir. Bu, onilliklərə söykənən və moda tarixini formalaşdırmış bir ənənədir. Mən bütün bunlara dərin məsuliyyət hissi və böyük ruh yüksəkliyi ilə yanaşıram” deyə bildirib.

“Versace”dən ayrılan Dario “Armani”yə keçdi