Müğənni İradə İbrahimova yeni fotosessiya etdirib.
OLAY yazır ki, şəkillərini izləyiciləri ilə bölüşən sənətçi maraqlı şərhi yazıb:
“Bəzi şeylərin dəyəri xaricində deyil, daxilindədir. Həyat bəzi zamanlar bizi yaralayır, yorur, silinməyən yara izləriylə imtahana çəkir. Vurulan zərbələrin izlərini güzgüyə baxanda simamızda belə hiss edə bilirik. İnsan içindəki sevgini, mərhəməti, yaxşını qoruyub saxladığı müddətcə çox gözəldir. Zamanın alıb aparmadıqlarıdır əsl gözəllik. Gözəllik keçən illər, fəsillər kimi fanidir. Allah, bir insanın qəlbi yaxşı, içi gözəl, niyyəti təmiz isə onun bərəkətini əskiltməz, mükafatsız qoymaz”.