Aktyor Tolqa Karel keçmiş həyat yoldaşı, model Günay Musayevanın onunla bağlı açıqlamasına cavab verib.
OLAY yazır ki, Tolqa instaqram hesabında Günayın narkotik istifadəçisi olduğunu iddia edib:
“Oğlum Cihangirin 18 yaşına qədər öz ölkəsində - Türkiyədə qalması daha xeyirlidir. Amma desən ki, “təmizləndim” vəbir həftə ərzində Tibbi ekspertizadan rəsmi sənəd göndərsən, bəlkə fikirlərim dəyişər”.
Qeyd edək ki, Günay Tolqanın oğlu üçün icazə kağızı göndərmədiyini, buna görə də oğlunu sağlamlığı ilə bağlı ölkə xaricinə apara bilmədiyini demişdi.