Müğənni Nadir Qafarzadə efirdə duyğusal anlar yaşayıb.

OLAY yazır ki, o “Mədəni şou”da qonaq olarkən ifaçı Zabitə Alıyevadan danışıb və onun avtomobili olmadığını xatırlayaraq kövrəlib. Qafarzadə ifaçı ilə bağlı bu sözləri deyib:

“Bu sənət abır-həya sevmir. Abırlısan evində otur, səhnədə nə işin var ? Zabitə o ifaçılardandır ki, əziyyət çəkir. Bir şey danışmaq istəyirəm, bir gün şəhərdə Zabitəni gördüm, maşınsız idi. Hər gün işə avtobusla gedir gəlir. Avtobusla getmək pis deyil, amma Zabitənin şəxsi maşını olmalıdır. Niyə də yox? Sənəti pisdir ? İnsanlığı pisdir ? Avtomobili olanların hansından pisdir? Ürəyim ağrıdı. Allah mənə ruzi yetirsin, ona maşın hədiyə edim. Elə insanlar var ki, sənətkar olaraq komfortla yaşamağa haqqı var. Allah sənin özünə yetirsin, amma yetirməsə də bəlkə mən vasitəçi olaram buna. Avtomobilə oturanda deyərsən Nadir əmidən yadigar qalıb mənə”.