“Elektron siqaretlərdən daha çox yeniyetmələr istifadə edir. Çünki bunun ətri siqaret kimi deyil, gizlətmək daha asandır”.

OLAY “Qafqazinfo”ya istinadən yazır  ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“Bir çox istifadəçi profillərinə, məsələn, qadınlara bunun ətri hətta xoş gəlir. Dünya influnserləri tərəfindən həyat tərzi kimi təqdim olunur. Siqaretdən daha çox təhlükəlidir. Çünki əhatə dairəsi daha genişdir, riskləri hələ də tam araşdırılmayıb. Çünki siqaret bir tütün bitkisinin yandırılmasından yaranan tüstünün nəfəsə çəkilməsidir. Elektron siqaret isə kimyəvi məhlulun buxarlanmasından ağciyərə gedən buxar deməkdir. Bunların tərkibi daha çox nikatin, bitki qliselini və dadlandırıcılardır”, - şöbə müdiri qeyd edib.