“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva son günlər televiziya ilə bağlı gedən müzakirələrə qoşulub.
OLAY yazır ki, iş xanımı aparıcı Saleh Bağırovun “Sabah saxlamayaq” verilişindəki çıxışını paylaşaraq bunları yazıb:
“Televiziyada səslənən hər fikir, hər söz yüz minlərlə insanın düşüncəsinə təsir edir, ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Buna görə də efir mədəniyyəti, etik qaydalar və obyektivlik qorunmalıdır. Çünki televiziya həm də cəmiyyətin güzgüsüdür”.