Müğənni Selena Qomesin həmtəsisçisi olduğu “Wondermind” şirkətinin investorları ona və anası Mendi Tifiyə qarşı məhkəməyə müraciət ediblər.

OLAY yazır ki, qadınlar platformanın perspektivləri ilə bağlı dələduzluqda və investorları yanlış məlumatlandırmaqda ittiham olunurlar. İddiaçılar bildirirlər ki, üç il ərzində şirkətin real vəziyyəti barədə onlara məlumat verilməyib. Onların sözlərinə görə, şirkətdəki böhrandan yalnız 2025-ci ildə “The Cut” nəşrinin apardığı araşdırmadan sonra xəbər tutublar. İndi investorlar yatırdıqları vəsaitin geri qaytarılmasını, dəymiş zərərin ödənilməsini, məhkəmə xərclərinin qarşılanmasını və qanunla nəzərdə tutulan digər kompensasiyaları tələb edirlər.

İddiada qeyd olunur ki, Qomesin marketinq istiqamətinə şəxsən rəhbərlik etməli olduğu, digər həmtəsisçi və baş direktor Daniela Pirsonun isə təcrübəli top-menecer kimi təqdim edildiyi bildirilir. Bundan əlavə, investorlara tətbiqin hazırlanması, reklam müqavilələri və digər gəlir gətirəcək layihələr barədə məlumat verilib. Lakin iddiaya görə, bu təşəbbüslərin heç biri nəticədə həyata keçirilməyib.