Aktyor Kadir Doğulu həyat yoldaşı Neslihan Atagül ilə birlikdə təşkil etdikləri məclislə 44-cü doğum gününü qeyd edib.

OLAY yazır ki, Doğulunun etdiyi çıxış zamanı söylədiyi sözlər gündəm olub. Aktyor bunları deyib:

“Amerika ilə İran müharibə edir axı, səbəbini bilirsiniz? Biz müharibə edirik. Savaşmayın, sevişin”, – deyərək həyat yoldaşını öpüb. Daha sonra isə belə davam edib: “Biz sevişməyə başladıq. Dünyadakı müharibələr çox mənasızdır”.

Doğulunun bu sözləri həyat yoldaşı Atagülü güldürüb.