Dünya pop musiqisinin ulduzu Şakira daha bir möhtəşəm uğurla gündəmə gəlib.

OLAY yazır ki, müğənninin “Las Mujeres Ya No Lloran World Tour” adlı dünya turnesi 2026-cı ildə Ginnessin Rekordlar Kitabına daxil edilib.

Turne tarixdə ən çox gəlir gətirən latın musiqi turnesi kimi qeydə alınıb. Rəsmi məlumatlara əsasən, Şakiranın dünya turu 421,6 milyon ABŞ dolları gəlir əldə edib. Konsertlər üçün ümumilikdə 3,3 milyon bilet satılıb və turne çərçivəsində 80-dən çox stadion konserti baş tutub.

Bu nəticə ilə Şakira əvvəlki rekordun sahibi olan Luis Miguelin göstəricisini geridə qoyaraq latın musiqisi tarixində yeni zirvəyə yüksəlib.

Qeyd edək ki, Shakira bundan əvvəl də Spotify və YouTube platformalarında sürət və baxış sayına görə bir sıra Guinness rekordlarının müəllifi olub. Yeni turne rekordu isə sənətçinin qlobal miqyasda təsir gücünü və kommersiya uğurunu bir daha təsdiqləyib.

Şakira yenidən “Ginnesin Rekordlar Kitabı”na düşdü Şakira yenidən “Ginnesin Rekordlar Kitabı”na düşdü Şakira yenidən “Ginnesin Rekordlar Kitabı”na düşdü