“Fenerbahçe” futbol klubunun prezidenti Sadettin Saranın saç analizində narkotik aşkarlanıb.

OLAY yazır ki,”istifadə məqsədilə narkotik və ya psixotrop maddə almaq, qəbul etmək, saxlamaq və ya istifadə etmək” ittihamları ilə aparılan istintaq çərçivəsində Saranın qan və saç örnəkləri alınaraq test edilib.

Türk mediasında yayılan xəbərlərə görə onun saç örnəyində kokain aşkarlanıb.