Müğənni Pərvin Lətifov həmkarı Amina Şirini müdafiə edib.

OLAY yazır ki, “Tarixin bir günü” verilişində qonaq olan müğənni Tacir Şahmalıoğlunun Amina Şirin haqqında dediyi sözlərə irad bildirib:

“Əminə böyük bir məktəb keçib, Vaqif Gərayzadə məktəbi. Bu oyuncaq deyil, musiqidə yetəri qədər ciddi bir məktəbdir. Bunu ciddiyə almalıyıq. Vaqif müəllim boşluq qoymur. Vaqif məktəbindən sonra mənə maraqlıdır ki, Tacir bəy Əminəyə n dərsi keçə bilər?”.