Aktyor Nicat Rəhimov ad günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, 40 yaşı tamam olan sənətçi süni intellektlə hazırlanan şəkillərini paylaşıb:
“Pasport deyir 40, mən deyirəm, maksimum 25 plus təcrübə... Gülmək peşəm, güldürmək missiyamdır. Qalan hər şey improvizasiyadır. Mənimlə birgə gülən hər kəsə təşəkkürlər, siz bu hekayəni daha da gözəl edirsiniz. Davam edirik… Qarşıda daha çox gülüş var”.