Türk müğənni Özcan Deniz ilə qardaşı Ercan Deniz arasında gərginlik səngimir.
OLAY yazır ki, Ercan Deniz qardaşının onu ölümlə hədələdiyini iddia edərək prokurorluğa şikayət edib.
İddiaya görə, Özcan Denizə aid olduğu bildirilən səs yazısında “Bu günə qədər etdiklərinlə öz ayağına güllə sıxdın. Bundan sonra da etdiklərinlə öz başına güllə sıxarsan, xəbərin olsun” kimi ifadələr yer alıb.
Ercan Denizin vəkili isə şikayət ərizəsində Özcan Denizin bu ifadələrinin müvəkkilinin həyatına qarşı açıq və birbaşa atəş açmaq hədəsi xarakteri daşıdığını bildirib.