“Netflix” britaniyalı komediya aktyoru Rassel Brand haqqında yeni sənədli filmini yayımlayıb.

OLAY yazır ki, “Russell Brand: An Open Secret” adlı ekran işi noyabrın 13-də platformada izləyicilərə təqdim olunub.

Sənədli film Rassel Brandın karyerasını, komediya və kino sahəsində qazandığı şöhrətdən başlayaraq, barəsində irəli sürülən cinsi cinayət ittihamlarına və sonrakı məhkəmə prosesinə qədər əhatə edir.

“Netflix”in filmin yayımlandığını elan etməsi aktyorun 10 il 6 ay müddətinə həbs cəzasına məhkum edilməsindən cəmi bir neçə gün sonraya təsadüf edib.

Noyabrın 5-də Londonda keçirilən məhkəmə prosesində andlılar heyəti Brendi bir zorlama və üç cinsi zorakılıq ittihamı üzrə 10 il müddətində azadlıqdan məhrum olunub.

“Netflix” Rassel Brand haqda film yayımladı