Müğənni NURAN-ın yeni təqdim etdiyi “Yolu var” mahnısı qısa zamanda ən çox dinlənilənlər siyahısına düşüb.

OLAY yazır ki, mahnı “iTunes”, “Spotify”

“YouTube” kimi platformaların statistikalarına istinadən siyahı tərtib edən “Kworb.net” saytında Azərbaycan üzrə 20-ci sırada yer alıb.

“Yolu var” hazırda ən çox dinlənilən və axtarılan bəstələr sırasında qərarlaşıb.

Bundan əlavə, mahnıya TikTok-da çox sayda video çəkilib və paylaşılıb.

Qeyd edək ki, sözləri və musiqisi Rafael Təhməzova məxsus olan “Yolu var” Əli Zamansoyun rejissorluğu ilə ekranlaşdırılıb.

Layihə NURAN-ın YouTube kanalında və digər platformalarda yayımlanıb.

Öz mahnısı ilə trendə düşdü!