Məşhur müğənni Kenan Doğulu telefonuna gələn şantaj mesajı ilə şok yaşayıb.
OLAY yazır ki, Kenan Doğulunun telefonuna naməlum nömrədən “Hoteldəki videon və maşında dediklərinlə bağlı sübutlarımız var. 300 min dolları dediyimiz hesaba köçür. Əks halda mübarizə aparmalı olacağıq. Hotel videolarını düşmən olduğumuz bir şəxsdən əldə etdik” mesajı göndərilib.
Bundan sonra Doğulu can təhlükəsizliyinin risk altında olduğunu bildirərək məhkəməyə müraciət edib və şikayətçi olub.
İstanbul Cumhuriyet Başsavcılığı tərəfindən aparılan istintaq zamanı istifadə olunan xəttin xarici mənşəli olduğu və şübhəlinin kimliyinin müəyyən edilə bilmədiyi məlum olub.