56 yaşlı Cennifer Lopez yeni filmi “Office Romance”dakı həmkarı Brett Qoldşteynə səmimi müsahibə verib.

OLAY yazır ki, sənətçi şəxsi həyatı barədə fikirlərini bölüşüb.

1993-cü ilin kult kriminal trilleri “True Romance” haqqında danışarkən Lopez ona xüsusilə güclü təsir göstərən aktyorların adlarını sadalayıb və etiraf edib ki, onları potensial cinsi partnyor kimi təsəvvür edib.

Məşhur sənətçi “Onların hər biri ilə yata bilərdim, bu mənim qaranlıq tərəfim haqqında çox şey deyir. Hamısı həmin filmdə çox möhtəşəm idilər” deyə etiraf edib.

Onun siyahısında Kristian Sleyter, Val Kilmer, Dennis Hupper, Kristofer Valken, Bred Pitt, Ceyms Qandolfini və Qari Oldman yer alıb.