“Nvidia” şirkətinin qurucusu və dünyanın ən varlı şəxslərindən biri olan Censen Huanqın şəxsi həyatı qalmaqalla gündəmə gəlib.

OLAY yazır ki, iddialara görə, 63 yaşlı milyarder Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən Elis Huanqla münasibət yaşayıb. Qalmaqaldan sonra onun “Nvidia” şirkətindəki vəzifələrindən istefa verdiyi bildirilir.

Məlumata görə, ABŞ xüsusi xidmət orqanları milyarderin sevgilisi olduğu iddia edilən Elis Huanqı Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilib. Onun Amerika istehsalı olan çiplərin məhdudiyyətlərdən yan keçməklə Çinə göndərilməsinə kömək edə biləcəyi ehtimal olunur. Qeyd edək ki, Censen və Elis eyni soyadı daşısalar da, qohum deyillər.

Baş verənlərdən sonra Censen Huanq həyat yoldaşı Loriyə xəyanət etdiyini etiraf edib. O, şirkət əməkdaşlarına göndərdiyi məktubda həyat yoldaşından və övladlarından üzr istəyib:

“Həyat yoldaşıma xəyanət etdim. Hərəkətlərim ona və övladlarımıza ağrı yaşatdı. Etdiklərimə heç bir bəraət qazandırmaq olmaz. Həyat yoldaşımı və ailəmi sevirəm. Ümid edirəm ki, ailəmiz bu vəziyyətdən sağ çıxacaq və zamanla etibarlarını yenidən qazana biləcəyəm”.

Qeyd edək ki, bu məlumatda yer alan istefa və casusluq iddiaları təsdiqlənmiş fakt kimi qəbul edilməməlidir.

“Nvidia”nın qurucusu casus sevgilisinə görə istefa verdi…