Ekoloji dəbin təbliğatçısı olan aktrisa Emma Vatson “LACMA Art+Film Gala 2026” xeyriyyə gecəsində qeyri-adi libası ilə diqqət çəkib.
OLAY yazır ki, 36 yaşlı aktrisa dizayner Karolina Zimbalistin hazırladığı, “maye şüşə” effektli bioplastik libasa üstünlük verib.
Emma qırmızı xalçada fotoqraflara poza verməsə də, şəxsi fotosessiyasından görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Aktrisa paylaşımında libasın materialının təbii mənşəli, bioloji parçalanan polimer və bitki qliserinindən əl işi üsulu ilə hazırlandığını bildirib. Xüsusi texnologiya vasitəsilə material təbii ipəyin üzərinə tətbiq edilərək fərqli teksturalı səth yaradılıb.