Sevilən müğənni-bəstəkar Elçin Cəfərov daha bir romantik sevgi balladasını sevənlərinin ixtiyarına verib.
OLAY yazır ki, sənətçi sözləri Azər Şirinə, musiqisi isə özünə aid olan "Yolüstü" adlı yeni mahnısına ekran həyatı da verib.
İllərin gətirdiyi xatirələri və təmiz sevgini özündə birləşdirən mahnıya çəkilən klipdə Elçinin tərəf müqabili istedadlı aktrisa Sevinc Əliyeva olub.
"Payızın hiti" olmağa namizəd mahnının vizual tərtibatı da diqqətdən kənarda qalmayıb.
Ekran işinin rejissorluğu Xanlar Ağayevə həvalə olunub.
Klipdə baş qəhramanlar - Elçin və Sevincin səmimi görüntüləri, eləcə də peşəkarlıqla səhnələşdirilən görüntülər mahnının romantik ab-havasını daha da gücləndirib.
Həm sözləri, həm də klipi ilə hər kəsin özündən bir parça tapacağı "Yolüstü" Elçin Cəfərovun rəsmi "Youtube" kanalında və bütün rəqəmsal platformalarda yayımdadır.