Bruklin Bekhemin həyat yoldaşı Nikola Pelts sosial şəbəkələrdə yenidən müzakirələrin mərkəzinə düşüb.

OLAY yazır ki, bu dəfə Devid və Viktoriya Bekhemin gəlini paylaşdığı selfi ilə gündəmə gəlib.

Fotoda məşhur aktrisa köynəyini yuxarı qaldıraraq şalvarını aşağı salıb və düz qarnını nümayiş etdirib.

Nikola sözügedən fotonu üzünə etdirdiyi kosmetoloji prosedurdan sonra çəkib. Lakin sosial şəbəkə istifadəçilərinin bir çoxu üz dərisinə qulluq prosedurundan bəhs edildiyi halda, aktrisanın qarnını nümayiş etdirməsinin səbəbini anlamayıb. Bəzi izləyicilər isə onu anoreksiyanı təbliğ etməkdə ittiham ediblər.

Bu fotosuna görə tənqid olundu