Müğənni Nuran uğur hekayəsindən danışıb.
OLAY yazır ki, “Sənətin səsi” verilişində qonaq olan ifaçı sənətə gəldiyi ilk günləri belə xatırlayıb:
“Bu proseslər çətinliklərlə baş verib, heç nə asan deyil. Kənardan görünən ulduz həyatı o deyil. Mənim mahnım çıxmamışdan 1 gün əvvəl yutub hesabım təsdiqləndi. Zəng edib dostlarımdan soruşdum, dedilər biz etməmişik. Studiyaya getməyə qəpiyim belə yox idi, piyada gedirdim. 1 saat gecikmişdim, telefonumu satıb gedirdim. Studiyada mahnını mənə hədiyyə etdilər, dedilər vəziyyətini başa düşürük. Klip çəkməli idim, geyimim yox idi, dost-tanışımdan gəldi geyimlərim.1 gün sonra mahnı çıxdı “Çağır məni” bütün ölkədə trend oldu. Bu danışdıqlarımı heç yerdə danışmamışam. Heç nəyi şişirtmədən olduğu kimi danışıram. Çətinlikləri görmüşəm, ondan belə zövq almışam. Pulum varsa ən bahalı restoranda da otura bilərəm, ən ucuzunda da, çünki mən bundan zövq alıram”.