“Yeşilçam”ın tanınmış simalarından olan Kadir İnanır may ayında səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, aktyor 6 günlük reanimasiya müalicəsindən sonra mayın 22-də süni tənəffüs aparatına qoşulub.

Müalicəsi davam edən sənətçinin səhhəti ilə bağlı yeni açıqlama verilib. Kadir İnanıra yaxın mənbələrin bildirdiyinə görə, vəziyyəti stabil olsa da, məşhur aktyorun indiyədək tətbiq olunan müalicəyə müsbət reaksiya vermədiyi qeyd olunub.