27 yaşlı finlandiyalı instaqram-influenser Olivia Oras plastik əməliyyat zamanı dünyasını dəyişib.
OLAY yazır ki, Olivia liposaksiya etdirmək üçün Helsinkidəki “Plastic Surgery Center” özəl klinikasına müraciət edib. Anesteziya vurulan mərhələdə bloqer qəfildən huşunu itirərək komaya düşüb, bundan sonra o, təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb və o, özünə gəlmədən bir neçə gün sonra vəfat edib.
Oliviyanın ailəsi artıq polisə müraciət edib. Hüquq-mühafizə orqanları ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə araşdırmaya başlayıblar: bir neçə həkim şübhə altındadır, xəstələrin təhlükəsizliyinə ola biləcək ehtimal olunan təhlükə səbəbindən isə klinikanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.