Aktyor və aparıcı Nicat Rəhimov vəfat edən həmkarı Azər Baxşəliyev ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o mərhumla birgə təqdim etdikləri “Zarafat bir yana” verilişinin növbəti mövsümünə başlayıb. Aktyor Azər Baxşəliyevin verilişdən olan görüntülərini paylaşaraq bu sözləri yazıb:

“Azərba bağlı nəsə yazmaq, nəsə paylaşmaq mənə hələ də çox ağır gəlir. Heç vaxt fikirləşməzdim ki, bir gün “Azik, biz səni heç vaxt unutmayacağıq” - sözlərini yazmalı olacam. Həyatın həqiqətini bilirik - hamımız bir gün gəlir, bir gün gedirik. Amma yenə də var o söz: “Ölməli adam deyildi”. Azik doğurdan da bu qədər tez getməli insan deyildi…

Onu sevgi ilə xatırlayıram. Allah rəhmət eləsin əziz qardaşım”.