Xalq artisti Zeynəb Xanlarova AzTV-yə eksklüziv açıqlama verib.

OLAY yazır ki, kanalın yeni il çəkilişlərində iştirak edən sənətçi bu sözləri deyib:

“Bütün dünyanı gəzmişəm. Bütün dünyanın səhnələrində elə yer olmayıb ki, orada olmayım. Ancaq öz səhnəmizi çox sevirəm. Mənim üçün həmişə doğma olub torpağım, səhnəm, oxumağım. Hər il bayram olsun. İllər, Zeynəblər gəlib-gedəcək, mən də gedəcəyəm. Ancaq televiziya evin güzgüsüdür”.