İngiltərə Kral ailəsinin üzvləri hər il təşkil olunan ənənəvi Milad ibadətində iştirak ediblər.
OLAY yazır ki, Şahzadə Uilyam və Şahzadə Ketrin Norfolk qraflığındakı Sandringham kilsəsində keçirilən mərasimdə övladları - Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Lui ilə birlikdə görünüblər. Onlara Kral Çarlz, Kraliça Kamilla, Şahzadə Anna, Ser Timoti Lorens və bir çox digər şəxslər də qoşulub.