Moskvada 36 yaşlı azərbaycanlı musiqi prodüseri Elmir Məhhərrəmovun meyiti tapılıb.

OLAY yazır ki, onun cəsədi noyabrın 23-də, saat 12:00 radələrində paytaxtın qərbində, Vasili Lanovoy küçəsində tapılıb.

Prodüserin ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Elmir Məhhərrəmov uzun illər əyləncə və şou-biznes sahəsində fəaliyyət göstərib. Müxtəlif dövrlərdə Olqa Buzovanın musiqi meneceri olub, Artik & Asti dueti ilə çalışıb. Həmçinin Dima Bilan və T-Killah kimi ifaçıların yer aldığı musiqi leybllərinə rəhbərlik edib.