Müğənni Mərdan Kazımov ilin son ayında musiqisevərləri solo konsert proqramı ilə sevindirəcək.

OLAY yazır ki, sənətçi dekabrın 5-də “Elektra Event Hall” səhnəsində 44 Band qrupu ilə birlikdə çıxış edəcək. Konsertdə ifaçı yeni və köhnə yeni mahnılarını səsləndirəcək.

Mərdan Kazımov üçüncü solo konsertində səhnəni Xalq artisti Mələkxanım Əyyubova və müğənni Ceyhun Səmədovla bölüşəcək. Gecənin qonaqlarının ifaları musiqi proqramına xüsusi rəng qatacaq.

Qeyd edək ki, konsert dekabrın 5-də saat 20:00-da başlayacaq.

Mərdan 3-cü solo konsertini verəcək