Qanunsuz mərc saytlarının reklamını edərək insanları təşviq etməkdə ittiham olunan sosial media fenomeni Kerimcan Durmaz barədə hökm elan olunub.
OLAY yazır ki, İstanbul 23-cü Asliye Cəza Məhkəməsi Durmazı 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
8 yanvarda həbs edilən, 20 fevralda azadlığa buraxılan Kerimcan Durmazın məhkəmə iclasında onu vəkili Müge Doğan təmsil edib. Müdafiə tərəfi ittihamların əsassız olduğunu bildirərək bəraət istəyib. Lakin məhkəmə əməllərinin sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmə heyəti Durmazı zəncirvari şəkildə “reklam yolu ilə insanları idman yarışlarına əsaslanan mərc və şans oyunlarına təşviq etmək” maddəsi ilə təqsirli bilib. Eyni zamanda, onun barəsində tətbiq edilən ölkədən çıxış qadağası şəklində adli nəzarət tədbirinin davam etdirilməsinə qərar verilib.
İstanbul Respublika Baş Prokurorluğunun hazırladığı ittiham aktında Spor Toto Təşkilat Başkanlığı zərərçəkən qismində göstərilib. Sənəddə Durmazın sosial media vasitəsilə geniş auditoriyaya çataraq qanunsuz mərc və qumarı təşviq etdiyi vurğulanıb.
İttiham aktına əsasən, reklam çəkilişlərində qanunsuz mərc saytlarına aid görüntülərin LED ekranlarda əks olunması, Durmazın bunları görməməsinin həyatın adi axarına zidd olduğu və istifadə etdiyi ifadələrlə mərc fəaliyyətlərini normallaşdırdığı qeyd edilib. Prokurorluq Kerimcan üçün 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası tələb etmişdi.