18 il əvvəl Akasya Durağı serialında birlikdə rol alan Melek Baykal ilə Fatih Uçan arasında hüquqi mübahisə yaranıb.
OLAY yazır ki, Melek Baykal onun haqqında “Çəkiliş meydançasında Zeynep Dörtkardeşlerə şillə vurub” deyən keçmiş tərəf-müqabili Fatih Uçan barəsində nüfuzuna xələl gətirdiyi iddiası ilə prokurorluğa şikayət edib.
Baykalın vəkili Küçükşengün prokurorluğa təqdim etdiyi şikayət ərizəsində müvəkkilinin nüfuzuna qəsd edildiyini bildirib:
“Fatih Uçan verdiyi bir müsahibədə müvəkkilimin Zeynep Dörtkardeşlerə şillə vurduğunu və ona fiziki zorakılıq tətbiq etdiyini iddia edib. Bu bəyanatlar həqiqəti əks etdirmir. Zeynep Dörtkardeşlər də həmin iddiaları qəti şəkildə təkzib edib. Uçan müvəkkilimi ictimaiyyət qarşısında alçaldıb. Müvəkkilimin rahatlığını və dincliyini pozan, böhtan xarakterli açıqlamalar verən və şəxsi hüquqlarına zərər vuran Fatih Uçandan şikayətçiyik.”