Türk istehsalı “Bir Hayat Hikayesi” serialının hazırlıqları sürətlə davam edir.
OLAY yazır ki, noyabrın ortalarında çəkilişlərinə başlanması planlaşdırılan serialın baş rol kişi aktyoru da bəlli olub. Layihədə Hazal Subaşıya Birkan Sokullu tərəf müqabili olacaq.
Hazal Subaşının “Hayat” obrazını canlandıracağı serialda Birkan Sokullu isə psixiatr mütəxəssisi “Çağrı Aras” rolunu ifa edəcək.