21 yaşlı rus model Yuliya Prixodko ayrıldığı 22 yaşlı sevgilisini bıçaqlayaraq qətlə yetirib.

OLAY yazır ki, faciə Yuliya Prixodkonun Moskvadakı mənzilində baş verib. Məlumata görə, bir neçə gün əvvəl gənc qadın sevgilisinin mərc oyunlarına aludə olması səbəbindən onunla münasibətlərini bitirib.

Hadisə günü Vadim barışmaq məqsədilə, ehtimal ki, sərxoş vəziyyətdə və əlində spirtli içki şüşəsi ilə keçmiş sevgilisinin evinə gəlib. O, qapının qarşısında gözləyərək Prixodkodan onu içəri buraxmasını istəyib. Bir müddət sonra gənc qadın onun istəyini qəbul edərək qapını açıb.

İstintaqın məlumatına görə, model mənzildə gənc oğlana bıçaqla ölümcül xəsarət yetirib.

21 yaşlı model keçmiş sevgilisini qətlə yetirdi 21 yaşlı model keçmiş sevgilisini qətlə yetirdi