Sasseks hersoginiyası Meqan Marklın 82 yaşlı Tomas Markl-senior barəsində araşdırmaya başlanıldığı məlum olub.

OLAY yazır ki, Meqanın atasının evindən çox sayda uşaq pornoqrafiyası tapılıb.

Məlumata görə, Tomasın oğlu Filippinin Sebu şəhərində yerləşən və birlikdə yaşadıqları evdə bu materialları aşkar edib. O, bu barədə müvafiq qurumlara məlumat verib.

Meqan Markl açıqlamasında atası ilə bağlı bu məlumatlardan xəbərdar olduğunu qeyd edib. O, bu səbəbdən Şahzadə Harri ilə birlikdə övladlarını atası ilə təmasdan uzaq tutmaq qərarına gəlib.

Meqanın atası uşaq pornoqrafiyasına görə araşdırılır Meqanın atası uşaq pornoqrafiyasına görə araşdırılır