Türk aktrisa və müğənni Şevval Sam İtaliyada verilişdə qonaq olub.

OLAY yazır ki, “Yasak elma” serialında canlandırdığı “Ender” obrazı ilə İtaliyada da çox sayda pərəstişkarı olan sənətçi “Verissimo” verilişinə qatılıb.

O verilişdə “Aşkı bulacaksın” mahnısını həm türkcə həm də italyanca səsləndirib.