Ötən gün tanınmış fotoqraf İsmayıl Rzayev 30 yaş yubileyini qeyd edib. Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar artistlər Lalə Məmmədova, Ədalət Şükürov, Xəyyam Nisanov, “Avroviziya” qalibimiz Nigar Camal, müğənni Nəsimi Məmmədov və başqaları iştirak edib.

OLAY-ın məlumatına görə, gecənin ən diqqət çəkən qonağı isə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Gianfrançesko olub. Diplomat İsmayılın yubileyinə həyat yoldaşı Viame Buneyarla təşrif buyurub.

Cütlüyün Azərbaycan mahnılarına rəqsləri maraqla qarşılanıb.

Qeyd edək ki, Luka Di Gianfrançesko Azərbaycana 2024-cü ildən səfir təyin olunub.