Əməkdar artist Gülzar Qurbanova həyat yoldaşı  rejissor həyat yoldaşı Elxan Cəfərovla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi həyat yoldaşı ilə videosunu paylaşaraq bunları yazıb:

“Günəş hər axşam batır… Yenidən doğmaq üçün üfüqün o tayına keçir. Biz də çox vaxt qürubun içindən keçirik-yenidən doğulmaq üçün. Biz bu həyat adlı filmin qəhrəmanlarıyıq, kadrın içindən keçirik… Və həyat bizi çəkir-rejissoru görünməyən bir film kimi. Mən inanıram ən gözəl kadrlar hələ qabaqdadır.Səninlə həyat adlı filmdə olmaq ən gözəl hekayədir. Həyatda mən Mauqliyə bənzəsəm də, kinomuzun Mauqlisi sənsən. Qoy, içimizdəki o azad ruh həmişə diri qalsın-qorxmadan, səmimi və sadə Doğum günün mübarək!”.