Kolumbiyalı pop ulduz Şakiranın bu şənbə Braziliyanın məşhur “Copacabana Beach” sahilində verəcəyi pulsuz böyük konsertdən əvvəl bədbəxt bir hadisə baş verib.
OLAY yazır ki, səhnənin qurulması zamanı çalışan işçi qaldırma sistemində baş verən qəza nəticəsində ayaqlarından ağır yaralanıb. Xəstəxanaya çatdırılan əməkdaş bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Qeyd edək ki, komanda üzvləri bir milyondan çox iştirakçının gəlməsi gözlənilən şou üçün həftələrdir hazırlıq görürlər. Bu faciəvi hadisədən sonra konsertin ləğv olunub-olunmayacağı hələlik məlum deyil.