Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin mülkləri açıqlanıb.
OLAY yazır ki, müğənnin bilinən mülkləri bunlardır: İstanbulun Seyrantepe bölgəsində 32 mənzil, 4 mağaza; İstanbulun Fikirtepe bölgəsində 4 mənzil; İstanbulun müxtəlif ərazilərində 5 mənzil; Şanlıurfa və Kuşadasında torpaq sahələri; İzmirdə 5 lüks mənzil; Bodrumda 12 villa və böyük torpaq sahəsi.
Qeyd edək ki, övladları ilə böyük problemlər yaşayan Tatlıses bütün mirasını dövlətə bağışladığını açıqlayıb.
İbrahim Tatlısesin sərvəti açıqlandı