Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu (28) dörd ildir birlikdə olduğu iş adamı Mürsel Kaya ilə evlənir.
OLAY yazır ki, dəniz kənarında baş tutan evlilik təklifi olduqca sadə və özəl bir atmosferdə həyata keçirilib. Təklif zamanı kövrələn Çilingiroğlu Mürsel Kayaya “hə” cavabını verib.
Qeyd edək ki, Hülya Avşarın Kaya Çilingiroğlu ilə evliliyindən Zehra Çilingiroğlu adında bir qız övladı var. Zehra Hülya Avşarın yeganə övladıdır.