Aktrisa Salma Hayek karyerasının ilk illərində Hollivudda üzləşdiyi seksizm barədə danışıb.
OLAY yazır ki, Salma müsahibəsində “Özümü heç vaxt düzgün qiymətləndirilmiş hiss etməmişəm. Çünki adətən, xüsusilə də karyeramın əvvəlində mənə deyirdilər: “Mən səni [bu rola] ona görə seçdim ki, gözəlsən. Ona görə də ağıllı görünməyə çalışma”” deyə etiraf edib.
“Gülməlidir, amma ziddiyyət ondadır ki, qadınlar yaşlandıqca demək istədikləri daha çox söz olur və fikirlərini daha aydın ifadə edə bilirlər. Bununla belə, onların danışmaq üçün imkanları azalır. Bunun heç bir məntiqi yoxdur” deyə Hayek narazılığını bildirib.