Bazar günü günortadan sonra (8 mart) Rihanna-nın evinin qarşısında insident baş verib.

OLAY yazır ki, günün əvvəlində 38 yaşlı müğənninin Beverli-Hillsdəki evinə doğru bir neçə dəfə atəş açdığı iddia edilən qadın saxlanılıb.

Los-Anceles Polis Departamentinin (LAPD) radio məlumatına əsasən, qadın şübhəli küçənin qarşı tərəfində dayanan avtomobildən yaşayış evinə təxminən 10 dəfə atəş açıb. Güllələrdən biri evin divarına dəyib.

Şübhəli hadisə yerindən qaçsa da, hüquq-mühafizə orqanları tez reaksiya göstərərək onu həbs ediblər.

Məlumatlara görə, atəş açılan zaman Rihanna evdə olub, lakin onun partnyoru Eysəp Roki və ya onların uşaqlarının orada olub-olmadığı məlum deyil.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmcinsi Rihannanın evini atəşə tutdu Həmcinsi Rihannanın evini atəşə tutdu Həmcinsi Rihannanın evini atəşə tutdu