Bakıda insident baş verən İdrak liseyində Əməkdar artist Aqşin Abdullayevin övladı da olub.
OLAY yazır ki, xəbərləri eşitdikdən sonra övlaıdnı götürməyə gedən sənətçi jurnalistlərin suallarını cavablandırıb:
“Sosial şəbəkələrdə görmüşük, gəlmişik uşağı götürməyə. Salamatlıqdır, heç bir problem yoxdur. Deyirlər, ümumiyyətlə şayiədir. Əsas valideynlər bilsinlər ki, uşaqlar salamatdır, heç kimə heç nə olmayıb. Xəbərləri eşidib, özüm gəldim. Bütün dünyada bu, baş verir, bəladır, hamı deyir, nə zibildir düşmüşük. Məktəbdə yoxlanış var, bizə deyirlər ki, yalandır”.
Qeyd edək ki, liseydə 10-cu sinif şagirdi 29 yaşlı müəllimini evdən gətirdiyi silahla güllələyib.