Müğənni Nadir Qafarzadə həmkarı Günay İbrahimli arasında yaşanan qalmaqaldan danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Afaqla 10lar” verilişində açıqlama verib. Onun sözlərinə görə, Günay onu yanlış anlayıb:
“Bir məclisdə idik. Günay da dəvət olunmuşdu. Gənc köməkçisi yaxınlaşdı ki, bizi tez təqdim edin. Cavab verdim ki, mən təkəm, görüm necə edirəm. Ola bilsin, gedib Günay xanıma başqa cür deyib. Bütün sənət dostlarıma hörmətim var. Bütün müğənnilərə deyirəm ki, işçilərinizə təlim keçin. Qarşısınızda yaşlı nəslin nümayəndəsi varsa, başqa cür yanaşın. Günayı təqdim etdim. Yanlış anlayıb. Eşitməyib, amma etdim. Məclis aparmaq ikiqat yükdür. Nəsə ola bilər, amma orada onu təqdim etmişdim”.