Məşhur müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter və onun dostu Sultan Nur Ulu saxlanılıb.
OLAY yazır ki, onlar Yalova Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində barələrində çıxarılan axtarış qərarına əsasən İstanbulun Böyükçəkmece bölgəsində xaricə qaçarkən tutulublar.
Onların axşam saat 21:45 radələrində izlənildiyi, qısa müddətdə həyata keçirilən əməliyyatla polis tərəfindən tutulduqları bildirilib.
İlk dindirmələrdən sonra Gülter və Ulunun istintaqın aparıldığı Yalovaya göndəriləcəyi gözlənilir.