Türk aktyor göz yaşları içində mükafat alıb.
OLAY yazır ki, ötən gün baş tutan “GQ” jurnalının mükafatlandırma gecəsində “İlin beynəlxalq uğuru” mükafatına layiq görülən Aras Aydın çıxışı zamanı sentyabr ayında vəfat edən atasını xatırlayaraq duyğusal anlar yaşayıb.
Daha sonra anasını xatırlayan aktyor göz yaşlarına hakim ola bilməyib. Aktyor daha sonra zalda əyləşən həyat yoldaşı Melis Birkana təşəkkür edib. Həmin anlarda Birkan da göz yaşlarına boğulub.