Türk müğənni Seda Sayan növbəti dəfə açıqlamaları ilə diqqə çəkməyi bacarıb.
OLAY yazır ki, evlilik həyatındakı sərhədləri açıq şəkildə ifadə edən məşhur sənətçi həyat yoldaşının təkbaşına plan qurmasına qarşı olduğunu bildirərək: “Ərim niyə mənsiz tətilə getsin ki? Onun mənsiz tətilə getməsinə icazə vermərəm. Nə baş verirsə, həmin tətillərdə baş verir” deyib.
Bu açıqlama sosial media istifadəçilərini də iki yerə bölüb. Bəzi izləyicilər məşhur sənətçinin fikirlərini haqlı hesab edərək ona dəstək veriblər. Digərləri isə bu qaydaları həddindən artıq sərt və məhdudlaşdırıcı hesab etdiklərini bildirən şərhlər yazıblar.