İlon Maskın atası Errol Mask bildirib ki, Ceffri Epşteyn hələ də sağdır.

OLAY yazır ki, o, öz müsahibəsində qalmaqallı cinayətkarın ölməsinin mümkün olmadığını deyib.

“Epşteyn ölməyib. Buna heç bir şübhə yoxdur. Demək istəyirəm ki, onun ölü olması ehtimalı belə yoxdur”, - deyə Maskın atası bildirib.

O, həmçinin Epşteynin ölümünün rəsmi versiyasını da şübhə altına alıb. Onun sözlərinə görə, maliyyəçinin guya həbsxana kamerasında intihar etdiyi gecə mühafizəçilər yatılı olub və müşahidə kameraları işləməyib.

Qeyd edək ki, Ceffri Epşteynin əslində sağ olduğu ilə bağlı nəzəriyyələrin tərəfdarları iş üzrə çoxsaylı sənədlərin yayımlanmasından sonra daha da artıb. Sosial şəbəkə istifadəçiləri onun gizləndiyini iddia edir və buna “sübutlar” tapdıqlarını deyirlər.